Fevralın 28-də döyüş mövqeyində mühəndis işləri aparılarkən partlayıcı qurğunun işə düşməsi nəticəsində Ermənistan ordusunun hərbi qulluqçuları yaralanıblar.
Oxu.Az-ın News.am-a istinadən xəbərinə görə, bu barədə Ermənistan müdafiə nazirinin mətbuat katibi Artsrun Ovannisyan məlumat verib.
Müxtəlif dərəcəli xəsarətlər alan hərbi qulluqçular Ermənistan Müdafiə Nazirliyinin xəstəxanasına yerləşdiriliblər. Onlardan Narek Qriqoryanın vəziyyəti çox ağır, Perç Qabrielyan və Erik Saakyanın vəziyyəti isə ağır kimi qiymətləndirilir.
S.B.
www.oxu.az