Silahlı Qüvvələrimizin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edir.
Oxu.Az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, iyulun 25-dən avqustun 19-dək Gürcüstanın Saçxere şəhərində “Orta yay dağ hazırlığı” kursu və iyulun 26-dan iyulun 28-dək Almaniya Federativ Respublikasının Mittenvald şəhərində “Alp qanqalı” təlimi keçiriləcək.
Tədbirlərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nümayəndələri iştirak edirlər.