Sumqayıtda qətl törədilib.
Oxu.Az xəbər verir ki, Sumqayıt Şəhər Polis İdarəsindən APA-ya verilən məlumata görə, şəhər ərazisində yaşayan Gülyaz Musayevanın üzərində bıçaq xəsarətləri olan meyiti yaşadığı mənzilində tapılıb.
Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən Masallı rayon sakini Ramil Əbilov tutulub.