İran Dağlıq Qarabağ münaqişəsinin tərəflərini təmkinli olmağa və münaqişəni diplomatik yolla həll etməyə çağırır.
Oxu.Az Mehr agentliyinə istinadən xəbər verir ki, bu sözləri İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi Bəhram Qasemi deyib.
ABŞ-ın Dağlıq Qarabağda baş verən proseslərdə iştirakı barədə sualı cavablandıran Qasemi bildirib ki, Birləşmiş Ştatlar üçün münaqişədə real nöqteyi-nəzərə malik olmaq daha yaxşı olardı.
S.B.
www.oxu.az