Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutuldu
Ermənistan silahlı qüvvələri Naxçıvan istiqamətində Azərbaycan ordusunun mövqelərini atəşə tutub.
Oxu.Az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyndən məlumat verilib.
Bildirilib ki, Ermənistan silahlı qüvvələrinin bölmələri avqustun 28-i saat 18:30-da Paşalı rayonunun Sultanbəy yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Şada yaşayış məntəqəsi istiqamətindəki mövqelərini atıcı silahlardan atəşə tutub.
Qeyd olunan istiqamətdə Azərbaycan ordusunun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.
"Azərbaycan Ordusu" teqi üzrə xəbərlər
- Azərbaycan Ordusunun mövqeləri müxtəlif istiqamətlərdən yenidən atəşə tutulub
- Azərbaycan Ordusunda kibertəhlükəsizliyə və dövlət sirrinin mühafizəsinə dair tədbirlər keçirilir
- MN-in milyonluq mənimsəməyə görə tutulan sabiq xidmət rəisi əmlakları ilə bağlı şikayət edib
- Mövqelərimiz Çəmbərək istiqamətindən atəşə tutulub
- Azərbaycan hərbçiləri Türkiyədə təlimdə iştirak edəcəklər
Ən çox oxunanlar