Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Qənirə Paşayeva: “Ermənistan beynəlxalq müstəvidə də layiqli cavabını alacaq”
“Ötən gündən başlayaraq işğalçı Ermənistan silahlı qüvvələri təxribata əl ataraq atəşkəsi pozub. Bu onların növbəti vandalizm aktıdır”
Bu sözləri Oxu.Az-a Millət vəkili Qənirə Paşayeva iyulun 12-də Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın Tovuz rayonu istiqamətində yerləşən postlarını atəşə tutması nəticəsində baş verən döyüşə münasibət bildirərkən deyib.
Millət vəkili bildirib ki, hər zaman olduğu kimi bu dəfə də Azərbaycan ordusu düşmənə layiqli cavabı verib və onları cavab atəşilə susdurub:
“Düşmən tərəfi əl atdığı təxribatdan sadəcə özünə ziyan verdi. Ermənistan tərəfi bu döyüşdə də çoxsaylı itki verdi. Bunu gizlətməyə çalışsalar da, mümkün olmayacaq. Təəssüf ki, bizim ordumuzun da dörd güclü, igid, cəsur hərbçisi şəhid oldu. Onların ailələri qarşısında baş əyirik. Yaralı hərbçilərimiz var, onlara Allahdan şəfa diləyirik”.
Q.Paşayeva Tovuz rayonunun Ağdam kəndinin tarixən Ermənilərin vandalizminə şahid olduğunu da vurğulayıb:
“Bu kəndin camaatı çox qəhrəman insanlardır. Kənddə yanğın törətmək üçün atəşə tutublar. Lakin əhalini qorxuda bilməyiblər. Bu kənd çox strateji kənddir. Sakinlərimiz evlərində yaşamağa davam etməklə ermənilərə psixoloji zərbə vururlar. Bütün bunlar Ermənistanın daxilində gedən iqtisadi-siyasi böhrandan diqqəti yayındırmaqdır. Onlar bu təxribatda Azərbaycanı günahlandırmağa cəhd etsələr də, heç bir şeyə nail ola bilmədilər.
Dövlətimiz siyasi yolla bütün beynəlxalq təşkilatlara bu barədə əsaslı sübutlarla məlumat verəcək. İşğalçı Ermənistan beynəlxalq müstəvidə də layiqli cavabını alacaq”.
Könül Cəfərli
"Ağdam" teqi üzrə xəbərlər
- Postmüharibə dövrü Ağdam: Minalar əvəzinə üzüm bağları
- Ermənistanın zenit-raket kompleksi necə məhv edilmişdi? - Havada vurulan texnikadan GÖRÜNTÜLƏR
- Ermənilərin xeyli silah-sursat topladığı ərazidən YENİ GÖRÜNTÜLƏR
- Ağdamda 94 yaşlı kişini avtomobil vurub
- "Qafqazın Hirosiması" adlandırılan Ağdam: Ermənilərin viran qoyduğu şəhər
Rəylər