Keçirilən görüşlərə baxmayaraq, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində irəliləyişin olmamasından narahatıq.
Oxu.Az-ın xəbərinə görə, bunu Rusiyanı ATƏT yanındakı daimi nümayəndəsi Aleksandr Lukaşeviç özünün “Tvitter” səhifəsində yazıb.
“Rusiya Minsk qrupunun həmsədri kimi Dağlıq Qarabağ münaqişəsi ilə bağlı birgə səyləri artırmağa çağırır”, - deyə A.Lukaşeviç qeyd edib.