Ermənistan 2015-ci ili sonunda yeni keyfiyyətli silahlar alıb və gələcəkdə silah tədarükü davam etdiriləcək.
Oxu.Az-ın İnterfax-a istinadən məlumatına görə, bu barədə Ermənistan prezidenti Serj Sarkisyan ölkənin Silahlı Qüvvələrinin komandanlığa ilə görüşdə bəyan edib.
“Ötən ilin sonlarında Ermənistan Silahlı Qüvvələri yeni keyfiyyətli silahlarla təmin olub və gələcəkdə silah tədarükünün davam etdirilməsi barədə razılıq alıb. Bundan əlavə “hərbi qarşıdurmanın azaldılmasının” yeni konsepsiyası hazırlanıb”, - S.Sarkisyan deyib.