Ermənistan prezidenti Serj Sarqsyan noyabrın 19-da Ermənistanın şimal-şərqində və Dağlıq Qarabağda yerləşən hərbi hissələrə baş çəkib.
Oxu.Az erməni KİV-ə istinadən xəbər verir ki, məlumata əsasən, Sarqsyan Ermənistan Müdafiə naziri Seyran Ohanyan və yüksək rütbəli komandirlərin müşayəti ilə Azərbaycan ilə sərhəddə yerləşən hərbi hissələrə baş çəkib.
Bundan sonra Ermənistan prezidenti Dağlıq Qarabağa gedib.