Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Şəhid qardaşı: "Gözümüz artıq yollardan yığıldı"
"Gözümüz artıq yollardan yığıldı".
Bunu Oxu.Az-a açıqlamasında Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş, 31 il sonra meyit qalıqları tapılmış Nazim Şirin oğlu Şirinovun qardaşı Bakir Şirinov deyib.
O, qardaşı ilə bağlı xatirələrini bölüşüb:
"Bu günümüzə şükür edirəm. 31 il sonra qardaşımın məzarına qovuşduq. Bütün döyüşlərdə iştirak edib. Şəhidlik elə zirvədir ki, hər kəsə qismət olmur. İki oğlu var. Qardaşım ikinci oğlunu görməyib. O itkin düşəndən 40 gün sonra ikinci övladı dünyaya gəldi. Hisslərimiz qarışıqdır. 31 il sonra bir şərəfdir. Artıq gözümüz yollardan yığıldı, ziyarət edəcəyimiz məzar olacaq".
Qeyd edək ki, o, 1993-cü il oktyabrın 23-də Füzuli rayonu istiqamətində gedən döyüşlərdə itkin düşmüşdü.
O, Tərtərdəki Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn olunmuşdu.
Nəzrin Vahid