Azərbaycanlı qardaşlarımızın haqlı mübarizəsində sonuna qədər yanlarındayıq.
“Anadolu” Agentliyinin məlumatına görə, bu barədə Türkiyənin Ədliyyə naziri Əbdülhəmid Gül Qaziantepdə AKP-nin Şahinbəy rayon Konqresində çıxışı zamanı bəyan edib.
“Qarabağ azad edilənədək, Azərbaycan layiq olduğu nəticəni alacağı günə qədər daim yanlarında olacağıq”, - deyə o vurğulayıb.
Ədliyyə naziri terrorun kökünü sonuna qədər qurutmaqda qərarlı olduqlarını deyib.
“Bu məsələdə uğur qazandıq və tamamilə müvəffəqiyyət əldə edənə qədər bu mübarizəmizi qərarlı şəkildə davam etdirəcəyik”, - deyə Ə.Gül çıxışında bildirib.