Vaşinqtonda görüşlər zamanı ATƏT-in Minsk Qrupunun həmsədrləri ABŞ-ın Fransa və Rusiya ilə birlikdə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində işləməyə sadiq olduğunu bir daha eşitdilər.
Oxu.Az xəbər verir ki, bu barədə amerikalı həmsədr Ceyms Uorlik özünün Twitter hesabında yazıb.
Qeyd edək ki, dünən Ceyms Uorlik həmsədrlərin Vaşinqtonda Dövlət Departamenti, Müdafiə Nazirliyi və Milli Təhlükəsizlik Şurasında görüşlər keçirəcəyini bildirmişdi.