Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Anna Naqdalyan Azərbaycan və Ermənistan arasındakı operativ əlaqələr haqqında danışıb.
Oxu.Az Ermənistan mətbuatına istinadən xəbər verir ki, Naqdalyanın sözlərinə görə, bu əlaqələr nəinki ictimai bəyanatlar üçündür, bu, həqiqətən, işləyən xətdir.
“Bu əlaqələrin qurulmasına sülh atmosferinin formalaşması və bərkidilməsi baxımından baxmaq lazımdır”, - Ermənistan XİN nümayəndəsi bildirib.
Oktyabrın 18-də Ermənistan baş nazirinin vəzifələrini müvəqqəti icra edən Nikol Paşinyan bildirib ki, Azərbaycanla etibarlı operativ əlaqə qurulub və yarım saat ərzində əldə edilən məlumatlar dövlət başçılarına çatdırılır.
Oxu.Az yeniləndi!
Rəylər