Bu gün Sumqayıt Ağır Cinayətlər Məhkəməsində Azərbaycan dövlət sərhədini pozmaqda təqsirləndirilən Ermənistan vətəndaşları olan erməni hərbi qulluqçular - Arutyun Yurikoviç Ovagimyan və Karen Aşotoviç Kazaryanın cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
“Report”un xəbərinə görə, hakim Fəhmin Hümbətovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslər sərbəst ifadə veriblər.
Məhkəmənin növbəti iclası iyulun 6-na təyin edilib.