Ukraynada çərşənbə günü, noyabrın 21-də, 2013-cü ilin noyabr hadisələrini - Avromaydan və ya Ləyaqət inqilabının ildönümü qeyd olunur.
Beş il sonra ölkə bir neçə il geriyə düşdü. Avromaydan şüarları isə elə şüarlar kimi qaldı. Avropa maaşları və pensiyaları yoxdur, dollar 8 qrivendən 28-ə qədər bahalaşdı, qazın qiyməti 10 dəfə bahalaşdı, inkişaf etmiş sənaye ölkəsindən Ukrayna aqrar dövlətə çevrildi... Sadalamaq çox olar.
Belarus politoloqu Pyotr Petrovski bəyan edib ki, Ukrayna təcrübəsi “xalq çıxışları” ilə hakimiyyətin dəyişilməsini qəti qəbul etməyən Belarus cəmiyyəti üçün “faktiki peyvənd oldu”
Ermənistanın isə bəxti gətirmədi: cari ilin yazında etirazlardan sonra hakimiyyətə “xalq baş naziri” Nikol Paşinyan gəldi.
Ukraynalı politoloq Nataliya Belous Oxu.Az-ın əməkdaşı söhbət zamanı bildirib ki, inqilab cəmiyyətin inkişafında radikal, köklü, dərin, keyfiyyətli dəyişiklikdir.
“Beş il bundan əvvəl Maydanda açıq səma altında gecələyən insanlar məhz bunu gözləyirdilər. Xalq ümid edirdi ki, möcüzə baş verəcək və yaxın gələcəkdə Ukrayna etiraz aksiyalarına rəhbərlik edən siyasətçilərin söz verdiyi kimi Avropa İttifaqına daxil olacaq”, - politoloq deyib.
N.Belous qeyd edir ki, bununla belə, möcüzənin baş verməyəcəyi aydın görünürdü:
Nə iqtisadiyyatı, nə də cəmiyyətin siyasi mədəniyyətinin səviyyəsi Qərblə inteqrasiyaya hazır deyildi. Altı yaşlı uşaq birbaşa universitetə qəbul ola bilməz, əvvəlcə məktəbi bitirmək lazımdır. Bu ölkənin inkişafına da aiddir”.
“Əlbəttə ki, beş il əvvəl hakimiyyət etirazçılara qarşı güc tətbiq etməkdə səhv etdi. Həmin vaxt prezident olan Viktor Yanukoviç öz komandası ilə birlikdə ukraynalıları sona qədər əmin etməli idi ki, xalq ilə birlikdə olacaqlar və ölkəni inkişaf etdirəcəklər. Lakin olanlar oldu, və bu xalq üçün faciə, hakimiyyət üçün isə biabırçılıqla yekunlaşdı.
Bizim siyasətçilər xalqla ünsiyyət qurmağı bacarmadılar. Avromaydanın nəticələrindən danışsaq, beş ildən sonra bizim iqtisadi çöküşü və siyasi böhranı qeyd etmək lazımdır. Qeyri-rəsmi məlumatlara görə, Ukraynanın əhalisi 45 milyondan 30 milyon nəfərə qədər, ərazisi 603,6 min kvadrat metrdən 576 min kvadrat metrə qədər azalıb. Orta aylıq əmək haqqı 362 dollardan 326 dollara, ÜDM 183 milyard dollardan 112 milyard dollara düşüb. Hazırda ölkədə səkkiz milyondan çox əmək miqrantı var. Donbasda münaqişədə 10 mindən çox ukraynalı həlak olub.
Ləyaqət inqilabından sonra dövlət orqanlarına ən layiqli kadrlar düşmədilər. Biz mütəmadi olaraq korrupsiya qalmaqalı, jurnalistlərin təqibi və vətəndaş fəallarının qətli ilə üzləşirik. Ukraynalılar müstəqil dövlət qurmağı öyrənmədilər. Son illərdə insanlarda belə bir təəssürat yaranıb ki, öz ölkələrini məhv edirlər. Baxmayaraq ki, Ukrayna Avropanın mərkəzində yerləşir, çoxlu faydalı qazıntılar yataqları, əməksevən və sülhsevən xalqı var”, - N.Belous danışır.
Ukraynalı politoloq 2013-cü ilin hesabatını açıqlayıb: Ukrayna “Global Wealth Report”un versiyasına görə dünyanın ən varlı ölkələrinin reytinqinə daxil idi. Həmin vaxt analitiklər 2008-ci ilin böhranından sonra adambaşına düşən təmiz maliyyə aktivlərin beş ildə beş dəfədən çox artdığını müəyyən etmişdilər.
Belə artım tempi Şərqi Avropanın digər heç bir dövlətində yox idi. Ukrayna bu reytinqdə Bolqarıstan, Slovakiya, Xorvatiya və Baltikyanı ölkələri qabaqlamışdı.
Bu il isə “Credit Suisse” dünya ölkələrinin əhalisinin şəxsi sərvətinin reytinqini açıqlayıb. Ukrayna 140 ölkə arasında 123-cü yerdə qərarlaşıb. Şəxsi rifaha görə, ukraynalılar hətta Nepal, Banqladeş, Lesoto sakinlərindən geri qalıblar...
“Ermənistana qaldıqda isə, bu ölkədə baş verən kütləvi etirazlar demokratiya imitasiyası idi. Xalq prezident və sonradan baş nazir olar Serj Sarqsyandan bezmişdi, və bundan öz ətrafında etirazçıları birləşdirməyi bacaran Nikol Paşinyan məharətlə istifadə etdi.
O hakimiyyətə gəlməyi bacarmadı, və sözsüz ki, onun “Mənim addımım” siyasi bloku növbədənkənar parlament seçkilərində qalib gələcək, belə ki Paşinyana etibarlılıq yüksəkdir. Məhz buna görə, o, seçkiləri tezləşdirərək, seçki kampaniyanı üçhəftəlik farsa çevirdi.
Gələn il Ermənistan baş nazirinin reytinqi çətin ki, belə yüksək səviyyədə qalsın. Biz Ukraynada bunu keçmişik, bilirik. Ermənistanın yeni hakimiyyəti populizmlə məşğuldur. Məsələn, Rusiyanın “Qazprom” şirkətinin erməni törəməsinə qarşı qaldırılan iş erməni cəmiyyətində müsbət qarşılanmışdı.
Lakin tezliklə qış gəlir, və istisna deyil ki, Ermənistanda mavi yanacağın qiymətində artım və hətta qaz çatışmazlığı olacaq. Evdə soyuq olanda, hakimiyyəti dəstəkləməm tez yaddan çıxır”, - N.Belous qeyd edir.
Fikirlərini yekunlaşdıraraq ukraynalı politoloq qeyd edib ki, Ermənistan münaqişədə olduğu Türkiyə və Azərbaycan arasında sıxılıb:
“Ermənistan üçün dünya siyasətində möhkəm ölkəyə və ciddi oyunçuya çevrilmək çox çətindir. Yerevandakı yaz “yalançı maydanı” ölkəni daha da zəiflətdi”.
Nair Əliyev
www.oxu.az