Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Azərbaycanda təyyarədə daşınması qadağan edilən əşya və maddələrin siyahısı təsdiqləndi
Nazirlər Kabineti "Hava gəmisində daşınması qadağan edilən əşya və maddələrin siyahısı"nı təsdiqləyib.
Oxu.Az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Qərar "Aviasiya haqqında" 22 dekabr 2023-cü il tarixli qanunun tətbiqi barədə" ölkə Prezidentinin 15 fevral 2024-cü il tarixli fərmanının icrasını təmin etmək üçün qəbul edilib, daşımalarının səmərəliliyinin və müntəzəmliyinin təmin edilməsi, hava limanının (aeroportun) fəaliyyətinə qanunsuz müdaxilə aktlarının baş vermə ehtimalının azaldılması, eləcə də aviasiya təhlükəsizliyi sahəsində məlumatlılığın artırılması və aviasiya təhlükəsizliyi mədəniyyətinin təşviq edilməsi məqsədilə sərnişinin üzərində, əl yükündə, qeydiyyatdan keçmiş baqajda, yük və poçt göndərişlərində daşınması qadağan edilən əşya və maddələrin siyahısına dair məsələlərin təkmil tənzimlənməsini təmin edəcək.
Təyyarədə daşınması qadağan edilən əşya və maddələrin siyahısı ilə bu linkdən tanış olmaq mümkündür.
"Əli Əsədov" teqi üzrə xəbərlər
- Nazirlər Kabineti digər dövlətdə yerləşən aviasiya personalının hazırlığı ilə bağlı qərar verib
- Azərbaycanda "Qrantların reyestrinin aparılması Qaydaları" təsdiqlənib
- Əli Əsədov monteneqrolu həmkarına başsağlığı verib
- Azərbaycanda karantin rejiminin uzadılması qərarı qüvvəyə minib
- Məqsədli proqramların həyata keçirilməsi qaydası təsdiq olunub