16 
Avq
2013
09:41
5
9
3033
Virtual karabakh

Mahmudəli Çöhrəqanlı Azərbaycana buraxılmadı

16 Avq, 2013
09:41
3033

Mahmudəli Çöhrəqanlı Azərbaycana buraxılmadı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Vətənə gəlməyimə bu dəfə də imkan verilmədi”.

Güney Azərbaycan Milli Oyanış Hərəkatının (GAMOH) lideri, doktor Mahmudəli Çöhrəqanlı bu gün Bakıya gəlib. 

Lakin Heydər Əliyev Beynəlxalq Hava limanında ona Azərbaycan ərazisinə girməyə icazə verilməyib.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, Mahmudəli Çöhrəqanlıya Azərbaycana giriş üçün viza verilmədiyindən o oğlu ilə birgə geri qayıdıb.

M.Çöhrəqanlı Bakıya gəldiyi Frankfurt-Bakı reysi ilə də geri qaytarılıb.

Onun qarşılamaq üçün Dünya Azərbaycanlıları Konqresinin sədri, millət vəkili Sabir Rüstəmxanlı, DAK üzvləri, Bakıda yaşayan güneyli soydaşımız hava limanına gediblər.

S.Rüstəmxanlı bildirib ki, M.Çöhrəqanlının viza problemi həll olunmadığı üçün Azərbaycana buraxılmayıb.

Öz növbəsində Mahmudəli Çöhrəqanlı AzNews.Az-a deyib ki:

“Təəssüf ki, doğma vətənim Azərbaycana gəlməyimə bu dəfə də imkan verilmədi. Mən bundan çox təəssüflənirəm və doğma vətənlə, soydaşlarımla qovuşmamağın sarsıntısını yaşayıram. İnşallah bir gün mütləq vətənimiz Azərbaycanda görüşəcəyik”.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri