Dek
2019
10:36
20
72
2272
Virtual karabakh

Xələf Xələfov: İran bu görüşü keçirməyə hazır deyil

9 Dek, 2019
10:36
2272

Xələf Xələfov: İran bu görüşü keçirməyə hazır deyil

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xarici İşlər nazirinin müavini Xələf Xələfov Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupunun növbəti iclasının İranda keçilməməsi məsələsinə aydınlıq gətirib.

Oxu.Az-ın məlumatına görə, o, jurnalistlərə açıqlanmasında bildirib ki, görüşün İranda keçilməməsi rəsmi Tehranla bağlıdır:
 
“Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupunun növbəti iclası İranda planlaşdırılsa da, onlar texniki bazada bu görüşün keçirilməsinə hazır deyil və razılığa gəlinib ki, görüş Rusiyada keçirilsin”.

Nazir müavini qeyd edib ki, İşçi qrupunun görüş vaxtı hələlik məlum deyil.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri