Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
İlham Əliyev: Dünya nizamının bugünkü quruluşu çoxqütblülüyü nəzərdə tutur - VİDEO
Müasir dünya nizamı çoxqütblülük prinsiplərinə əsaslanmalıdır.
Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev “Rossiya-24” telekanalına müsahibəsi zamanı bildirib.
“Böyük ölkələrin həmişə bu ölkələrdən kənarda öz maraqları olur. Hər ölkə özü üçün ən yaxşı şərtlərə nail olmaq, təsir dairəsini genişləndirmək istəyir. Bunda yeni bir şey yoxdur, uzun illərdir bunu müşahidə edirik, sadəcə, fərqli intensivlikdə. Ona görə də məsələ bunda deyil.
Məsələ bundadır ki, dünya nizamının bugünkü quruluşu, həmçinin, beynəlxalq münasibətlərin konstruksiyası elədir ki, çoxqütblülük nəzərdə tutur”, - dövlət başçısı vurğulayıb.
İlham Əliyevin sözlərinə görə, beynəlxalq hüquq normalarının gözlənilməməsi ağır nəticələrə səbəb ola bilər.
“Qaydaların olmaması və ya pozulması, əlbəttə ki, nəticələrə səbəb olar. Daha doğrusu, inam pozulur, ölkələr arasındakı qarşılıqlı fəaliyyət səviyyəsi azalır. Əksinə, bu, müəyyən münaqişələrə, müəyyən çətinliklərə gətirib çıxarır”, - prezident bildirib.
Prezident qeyd edib ki, bu, həmçinin, bir çox ölkələr arasındakı münasibətlərdə gərginliyə də səbəb olur.
“Bugünkü mənzərəni müşahidə etmək kədərlidir. Bu, həm beynəlxalq məsələrə, həm də iqtisadi problemlərlə əlaqəli məsələlərə aiddir. İnam sarsılır, proqnazlaşdırma qabiliyyəti sarsılır və biznes aparmaq çətinləşir”, - İlham Əliyev vurğulayıb.
"İlham Əliyev" teqi üzrə xəbərlər
- Prezident İlham Əliyev: "COP29 iqlim diplomatiyasında dönüş nöqtəsidir"
- Azərbaycanın COP29 Sədrliyinin növbəti uğuru: Bakıda tarixi QƏRAR!
- Bu xəbərləri qaçırmayın: 23.11.2024-ün ən mühüm hadisələri
- Elektrik enerjisi və su təchizatı sahələrində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı FƏRMAN
- İlham Əliyevdən hərbi xidmətə çağırışla bağlı SƏRƏNCAM