Azərbaycanın təşkilatçılığı, eləcə də Türkiyə və Özbəkistanın iştirakı ilə həyata keçirilən "Birliyin Gücü-2026" hərbi təlimləri intensiv şəkildə davam etməkdədir.
Oxu.Az bu barədə Türkiyə Müdafiə Nazirliyinə (T.C. Milli Savunma Bakanlığının) istinadən xəbər verir.
"Hibrid təhlükələrə qarşı mübarizə aparmaq və müştərək əməliyyat imkanlarını genişləndirmək məqsədi daşıyan bu təlimlər çərçivəsində hərbçilərimiz ən mürəkkəb şəraitlərdə belə qarşıya qoyulan vəzifələri müvəffəqiyyətlə yerinə yetirirlər", - deyə paylaşımda bildirilir.
"Üç dövlət - tək iradə, mükəmməl əlaqələndirmə və dəqiq hədəf!", - deyə paylaşımda vurğulanır.
Qeyd edək ki, təlimin əsas məqsədi dost və müttəfiq ölkələrin orduları arasında xüsusi əməliyyatların keçirilməsi sahəsində təcrübə mübadiləsinin aparılması, qarşılıqlı fəaliyyətlərin təşkili üzrə bacarıqların təkmilləşdirilməsidir.