Ukraynanın paytaxtı Kiyevdə daha bir azərbaycanlı dron hücumları zamanı yaralanıb.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, bu barədə Ukrayna Milli Polisindən bildirilib.
O, Azərbaycan vətəndaşı, 1980-ci il təvəllüdlü İlqar Həşəm oğlu Əhmədovdur.
H.Əhmədov Kiyevin Vişneve rayonunda yaralanıb. Hazırda vəziyyəti sabitdir.
Qeyd edək ki, bazara dron zərbəsi zamanı bir neçə azərbaycanlının yaralandığı bildirilir.
Qaynar xətt:
(055) 224 12 12