Hindistanın mərkəzi Uttar-Pradeş ştatında şiddətli yağışlar və daşqınlar nəticəsində ən azı 81 nəfər həlak olub.
Oxu.Az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə ştatın fövqəladə halların idarə edilməsi idarəsindən məlumat verilib.
Məlumata görə, ən azı 62 nəfər xəsarətlər alıb. Üç gün ərzində davam edən şiddətli yağışlar nəticəsində ştatın bir neçə rayonunda 1000-dən çox evə ziyan dəyib. Ştatın paytaxtı Lakhnau da daxil olmaqla, zərər görmüş ərazilərdə məktəblər sentyabrın 28-də bağlanıb.
Xilasedicilər sakinləri su basmış ərazilərdən təxliyə edirlər.