Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
MSK katibi bildiriş ala bilməyən seçicilərə çağırış etdi
Fevralın 2-dək Məntəqə Seçki Komissiyaları tərəfindən səsvermənin keçirilmə tarixi, vaxtı və yeri (seçki məntəqəsinin ünvanı) barədə bildirişlərin seçicilərə paylanması başa çatmalıdır.
Bu barədə “Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı”nda qeyd edilib.
Bəzi seçicilər isə hələ də bildirişləri almayıblar.
Mərkəzi Seçki Komissiyasının (MSK) katibi Mikayıl Rəhimov Oxu.Az-a açıqlamasında deyib ki, bildiriş ala bilməyən seçicilər müvafiq Məntəqə Seçki Komissiyası ilə əlaqə saxlayıb bildirişləri götürə bilərlər.
“Vətəndaşlar hansı məntəqədə səs verəcəklərini bilirlərsə, bildiriş gəlməsini gözləməli deyillər. Kimsə evində yoxdursa, onu hökmən harada olsa axtarıb tapıb bildiriş verilməlidir” - deyə M.Rəhimov söyləyib.
MSK katibinin sözlərinə görə, bildiriş seçiciyə səs hüququndan istifadə üçün xüsusi status vermir.
“Vətəndaş bilirsə ki, seçkidir, səsvermə hüququndan istifadə etməlidir. Kimdəsə bildiriş yoxdursa, kiməsə bildiriş gəlməyibsə, bu o demək deyil ki, həmin adam səsverməyə getməməlidir. Getməlidir, seçici siyahısında adını axtarmalıdır, səsvermə günü səsini verməlidir”.
Qeyd edək ki, Azərbaycanda bu il fevralın 9-da Milli Məclisə növbədənkənar seçkilər keçiriləcək.
Aqşin Kərimov
"Milli Məclis" teqi üzrə xəbərlər
- BMT çərçivəsində yeni beynəlxalq konvensiya qəbul ediləcək - Deputat AÇIQLADI
- 30 illiyini qeyd edən Azərbaycan enerjisinin ötən ilinə baxış
- Anar İsgəndərli: "2025-ci ildə müxtəlif sahələrdə ciddi irəliləyişlərin şahidi olacağıq"
- 2024-cü il Azərbaycanın ictimai-siyasi həyatında necə yadda qaldı?
- Azərbaycanın 2024-cü ildə vəfat edən məşhurları