MSK sədri Məzahir Pənahov qurumun qərar layihəsini oxuyub.
Bildirib ki, dairə seçki komissiyasının protokolları qanunla müəyyən olunmuş müddətdə MSK-ya təqdim edilib.
“Sənədlərin Konstitusiya Məhkəməsinə göndərilməsi üçün qanuni əsaslar yaranıb. Protokol dərc edilsin. Qərar dərc edildiyi gündən qüvvəyə minir”, - deyə Məzahir Pənahov əlavə edib.
Sonda MSK sədri, sədrin müavini, katiblər, üzvlər müvafiq sənədlərə imza atıblar.
19:49
Mərkəzi Seçki Komissiyası (MSK) bu gün keçirilən iclasında seçkilərin ümumi yekunlarına dair protokolu təsdiq edib.
Oxu.Az-ın xəbərinə görə, MSK seçkilərin yekunlarının yoxlanılması və təsdiqlənməsi üçün DSK protokollarının, əlavə sənədlərin Konstitusiya Məhkəməsinə təqdim edilməsi barədə qərar çıxarıb.
Qeyd edək ki, Konstitusiya Məhkəməsi 10 gün müddətində sənədlərin Seçki Məcəlləsinə uyğunluğunu yoxlamalıdır. Vaxt tələb edərsə, bu müddət uzadıla da bilər.
Xatırladaq ki, 2020-ci ilin fevralın 9-da Milli Məclisə növbədənkənar seçkilər keçirilib.
MSK “son sözü” Konstitusiya Məhkəməsinə verdi - YENİLƏNİB + VİDEO
Aqşin Kərimov