Prezident İlham Əliyevin sərəncamı ilə Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının bir neçə hərbi qulluqçusu təltif edilib.
Oxu.Az-ın məlumatına görə, təltif edilənlər arasında iki general da var.
General-mayor Tofiq Hüseynov və general-mayor İnqilab Heydərov “Vətən uğrunda” medalı ilə təltif olunublar.
Tofiq Hüseynov Azərbaycan Prezidentinin 2017-ci il 27 yanvar tarixli 2632 nömrəli sərəncamı ilə DİN-in Daxili Qoşunları Qərargahı rəisinin birinci müavini vəzifəsinə təyin edilib.
Prezidentin 15 fevral 2018-ci il tarixli 3681 nömrəli sərəncamı ilə Daxili Qoşunlar Komandanının 1-ci müavini – Qərargah rəisi vəzifəsinə gətirilib.
O, Prezidentin 2018-ci il 9 mart tarixli sərəncamı ilə general-mayоr hərbi rütbəsi alıb.
İnqilab Muradov isə 2018-ci ildən Daxili Qoşunların Qərargah rəisinin birinci müavinidir.
Ona Prezidentin sərəncamı ilə 2019-cu ilin martında general-mayor rütbəsi verilib.
Aqşin Kərimov