Abşeron rayonu ərazisindən keçən Mehdiabad-Pirşağı yolunun gecə saatlarında işıqlandırılmaması sürücülər üçün ciddi çətinlik yaradır.
Bu barədə Oxu.Az-ın qaynar xəttinə (+994 55 224-12-12) şikayət daxil olub.
Sakinlərin sözlərinə görə, yol boyunca dövlət qurumu tərəfindən quraşdırılmış işıq dirəklərinin əksəriyyətində lampalar işləmir. Nəticədə xüsusilə gecə saatlarında yolun bəzi hissələri tamamilə qaranlıq qalır.
Bildirilir ki, ərazidə hərəkət edən sürücülər qarşıda olan nəqliyyat vasitələrini, piyadaları və yolun vəziyyətini vaxtında görməkdə çətinlik çəkirlər. Bu isə qəza riskini artıran amillərdən biri kimi qiymətləndirilir.
Məsələ ilə bağlı aidiyyəti üzrə sorğu verilib.