26 
Sen
2020
11:16
288
69
3035
Virtual karabakh

İlham Əliyev BMT-yə koronavirusla mübarizə üçün təkliflər verir - ŞƏRH

26 Sen, 2020
11:16
3035

İlham Əliyev BMT-yə koronavirusla mübarizə üçün təkliflər verir - ŞƏRH

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Prezident İlham Əliyev BMT Baş Assambleyasının 75-ci sessiyasında videoformatda çıxış edərkən koronavirusla mübarizədə beynəlxalq mexanizmin yaradılmasının vacibliyinə toxunub.

İlham Əliyev deyib ki, pandemiyanın dünya dövlətlərinə təsiri ölkələr arasında həmrəylik tələb edir.

Pandemiya qlobal müharibə qədər təhlükəlidir və hər ölkənin qapısını döyür. Bu baxımdan koronavirusla mübarizədə səylərin koordinasiyası əhəmiyyətlidir. Postpandemiya dövrü üçün də proqramların hazırlanmasını aktualdır.

Buna görə də, BMT başda olmaqla beynəlxalq təşkilatlarda islahatların aparılması zərurəti yaranır.

Prezident İlham Əliyev təklif edib ki, pandemiyadan sonrakı dövrdə beynəlxalq təşkilatlar çərçivəsində islahatların aparılması vacibdir və bu, zamanın tələbədir.

“Bu baxımdan BMT-nin qlobal səviyyədə rolunun və nüfuzunun artırılmasına, onun müasir dövrün çağırışlarına daha adekvat cavab vermək imkanına xüsusi diqqət yetirilməlidir”,-deyə İlham Əliyev əlavə edib.

BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasında problemlər mövcuddur, bu isə ən mötəbər beynəlxalq qurumun nüfuzuna xələl gətirir.

İlham Əliyev bu mövzuya da toxunub, deyib ki, Təhlükəsizlik Şurasının qətnamələrinin icrası mexanizmləri yaradılmalıdır.

Dünyada qaçqın, miqrasiya problemləri ilbəil artır. Münaqişələr, böhranlar insanları yaşadıqları ölkədən başqa dövlətlərə üz tutmağa vadar edir. Miqrasiya böhranının qarşısının alınması üçün konsepsiyaların əsasında münaqişədən, ərzaq qıtlığından əziyyət çəkən ölkələrdə vəziyyətin normallaşdırılmasına yönəlik addımların atılması durmalıdır.

Pandemiya dövrü isə qaçqınlar tablosundakı vəziyyəti daha da qəlizləşdirir. Buna görə də Prezident İlham Əliyev təklif edir ki, pandemiya dövründə ən həssas qrupa çevrilən qaçqınlar və məcburi köçkünlərin təhlükəsiz qaydada, ləyaqətli şəkildə doğma torpaqlarına qaytarılması məsələsinin aktuallığı artır.

Pandemiya zamanı vaksinlərə əlçatanlığın təmin olunması və onun bütün ölkələrə paylanılmasının təşkili beynəlxalq birliyin qarşısında duran prioritetlərdəndir.

Bu mənada İlham Əliyev təklif irəli sürüb ki, az inkişaf etmiş ölkələr vaksini pulsuz əldə etməlidir. Buna görə isə nəzarət mexanizmləri yaradılması vacibdir.

İlham Əliyev onu da bildirib ki, müxtəlif ölkələr tərəfindən “Dayanıqlı İnkişaf Məqsədləri”nin icrasına pandemiyanın mənfi təsirinin əhatə dairəsi diqqətlə təhlil edilməli və həll yolları müəyyən olunmalıdır.

Dayanıqlı inkişaf dedikdə, gələcək nəsillərin öz ehtiyaclarını qarşılamaq imkanına xələl gətirmədən, bugünkü ehtiyacların qarşılanmasına imkan verən inkişaf nəzərdə tutulur.

Bu barədə BMT-nin Dayanıqlı İnkişaf üzrə 2030-ci gündəliyində bildirilir.

Dayanıqlı inkişaf insanlar və planet üçün inklüziv, dayanıqlı və möhkəm əsaslı gələcək qurmaq üçün birgə razılaşdırılmış səylər göstərməyə çağırır.

Dayanıqlı inkişafa nail olmaq üçün, üç təməl element bir-biri ilə uzlaşdırılmalıdır: iqtisadi artım, inklüziv cəmiyyət və ətraf mühitin mühafizəsi. Bu elementlər bir-biri ilə qarşılıqlı əlaqəlidir və hamısı fərdlərin və cəmiyyətlərin rifahı üçün vacibdir.

Yoxsulluğun bütün formalarının və ölçülərinin aradan qaldırılması dayanıqlı inkişaf üçün inkarolunmaz şərtdir.

Buna nail olmaq üçün, hamı üçün daha böyük imkanlar yaradan, bərabərsizlikləri azaldan, ilkin yaşayış standartlarını yüksəldən, ədalətli sosial inkişaf və inklüzivliyə şərait yaradan və təbii ehtiyatların və ekosistemlərin inteqrasiyalı və dayanıqlı şəkildə idarə olunmasını təşviq edən iqtisadi artım təşviq olunmalıdır.

Aqşin Kərimov

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri