“Bu gün səhər mən bütün cəbhəboyu bölgələrdən məlumat almışam. Azərbaycan vətəndaşları cəsarət göstərirlər, hər kəs öz yerindədir, ordumuza, dövlətimizə dəstək verməyə hazırdırlar və bunu edirlər”.
Oxu.Az-ın müxbiri xəbər verir ki, bunu Təhlükəsizlik Şurasının iclasında Prezident İlham Əliyev deyib.
O bildirib ki, Azərbaycan Ordusu Ermənistanın təxribatına cavab olaraq əks-hücum əməliyyatları həyata keçirir.
“Deyə bilərəm ki, əməliyyat uğurla həyata keçirilir, Prezident Administrasiyasına, eyni zamanda, Müdafiə Nazirliyinə göstəriş verildi ki, əhali müntəzəm olaraq hadisələrin gedişatı ilə bağlı məlumatlandırılsın”, - deyə İlham Əliyev əlavə edib.
Prezident bildirib ki, uğurlu əks-hücum nəticəsində işğal altında olan bir neçə yaşayış məntəqəsi azad edilib.
“Bu münasibətlə bütün Azərbaycan xalqını təbrik edirəm. Bizim uğurlu əks-hücum əməliyyatımız işğala, ədalətsizliyə son qoyacaq”, - deyə İlham Əliyev söyləyib.
Aqşin Kərimov