11 
Okt
2020
11:58
1618
80
16004
Virtual karabakh

Azərbaycan diktə edir: “Status-kvo dəyişdirildi, təmas xətti yoxdur!” - AÇIQLAMA

11 Okt, 2020
11:58
16004

Azərbaycan diktə edir: “Status-kvo dəyişdirildi, təmas xətti yoxdur!” - AÇIQLAMA

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Respublikası Prezidentinin, Silahlı Qüvvələrin Ali Baş komandanı cənab İlham Əliyevin Azərbaycan xalqının iradəsinə dayanan qətiyyətli mövqeyi və şanlı Azərbaycan ordusunun tarixi qələbələrindən sonra Ermənistan tərəfi münaqişənin konkret həlli ilə əlaqədar danışıqlara getmək məcburiyyətində qaldı.

Bu sözləri Oxu.Az-a açıqlamasında Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının  “Beynəlxalq münasibətlər və xarici siyasət” kafedrasının müəllimi, siyasi elmlər üzrə fəlsəfə doktoru Nəsrin Süleymanlı deyib.

O bildirib ki, oktyabr ayının 9-da Moskvada Rusiya Xarici İşlər naziri Serqey Lavrovun iştirakı ilə  Azərbaycan Xarici İşlər naziri və Ermənistan Xarici İşlər naziri arasında aparılan uzun sürən ciddi müzakirələrin yekun qərarı olaraq 4 maddəli bəyanat qəbul edildi:

“Əldə olunmuş razılığa əsasən, 2020-ci ilin 10 oktyabrında saat 12:00-dan etibarən humanitar məqsədlərlə Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi və onun kriteriyalarına uyğun olaraq hərbi əsirlər və digər saxlanılan şəxslər və ölənlərin meyitlərinin dəyişdirilməsi üçün atəşkəs elan olundu. Nəzərə almaq lazımdır ki,  Azərbaycan hökuməti konvensiyalardan irəli gələn öhdəliklərə tərəfdar çıxmış və buna müvafiq olaraq Qızıl Xaç və Qızıl Aypara emblemlərindən istifadə və onların müdafiəsinə dair 8 may 2002-ci il tarixdə 128-II Q saylı qanun qəbul etmişdir. İndi isə Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə əsirlərin və ölənlərin meyitləri dəyişdiriləcək. Sadəcə bənddə humanitar atəşkəsin müddət vaxtı göstərilməyib. Bunun danışıqların sonrakı formatında müəyyən ediləcəyi gözlənilir. Bəlkə də ona görə bəyanatın ikinci bəndində atəşkəs rejiminin konkret parametrlərinin əlavə olaraq razılaşdırılacığı göstərilir.

Sonrakı bənddə isə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə tənzimlənmənin əsas prinsipləri əsasında münaqişənin tezliklə sülh yolu ilə həlli məqsədilə substantiv danışıqlara başlayacağı qeyd edilir. 

Ən sonuncu bənddə isə tərəflərin danışıqlar formatının dəyişməzliyi məsələsidir ki, heç şübhəsiz Azərbaycan tərəfinin Ermənistan tərəfi ilə danışıqlar aparacağı qeyd olunur. Yəni üçüncü tərəf kimi qondarma Dağlıq Qarabağ tərəfi olmayacaq.

Nəticə etibarilə, Azərbaycan tərəfi hərbi əməliyyatların birinci hissəsini sona çatdırmış və qarşı tərəfi sülhə məcbur etmə missiyasını başa çatdırmışdır. 30 ildə dəyişilməyən status-kvoya format atılaraq regional vəziyyət dəyişmişdir. Siyazi nizamlanmanın yeni mərhələsi başlayıb”.

N.Süleymanlı onu da əlavə edib ki, sənədin hüquqi bazası yoxdur - sadəcə bəyanatdır:

“Ancaq Azərbaycan Respublikası bir daha beynəlxalq ictimaiyyətə və beynəlxalq qurumlara öz humanizmini və üzərinə düşən öhdəlikləri yerinə yetirdiyini, ən əsası isə beynəlxalq humanitar hüququn bütün prinsiplərinə riayət etdiyini nümayiş etdirmək adına buna addım atdı. Əks təqdirdə Azərbaycan ordusunun və xalqının iradəsi kifayət qədər yetərlidir ki, müharibəni davam etdirsin.

Ali Baş Komandanın da qeyd etdiyi kimi Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək, bu, istərsə sülh yolu ilə olsun, istərsə də güc - müharibə yolu ilə baş verəcək. Artıq danışıqlar mərhələsinin imitasiyasına Azərbaycan xalqı tolerant yanaşmayacaq və dərhal oz iradəsini güc strukturu ilə nümayiş etdirəcək. Artıq regional vəziyyət yeni dünya nizamı formatında dəyişməyə başlayıb.

Bu gün Azərbaycana təzyiq edən güclər heç şübhəsiz ki, sabah siyasi arenada arxa planda qala bilərlər. Dünya nizamına format atıldıqca yeni regional güclər önə çıxır və bəziləri isə siyasi arenadan silinərək unudulur. Bütün bunlar münaqişənin həlli strukturuna bəzən birbaşa bəzən də dolayısıyla təsir edən rıçaqlar kompleksini meydana gətirir.

Karl fon Klauzeviçin bir formulu var: “Hər hansı bir müharibənin məqsədi qalib üçün əlverişli şəraitdə sülhə nail olmaqdır.” Müharibə hansı formatda olursa olsun onun mahiyyəti yənə olduğu kimi qalır.  Biz də danışıqlar masasına yalnız və yalnız kapitulyasiya üçün oturacağımızı bəyan etmişik”.

Könül Cəfərli 

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri