Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik ünvanlayıb.
Bu barədə M.Əliyeva özünün “İnstagram” hesabında paylaşım edib.
Birinci vitse-prezident bildirib:
“Beynəlxalq Qadınlar Günü münasibətilə sizin hamınızı səmimi-qəlbdən təbrik edirəm! Siz zəriflik, sədaqət, xeyirxahlıq, mənəvi saflıq, gözəllik və ülvilik rəmzi olan “qadın” sözünün ucalığını ləyaqətlə qoruyursunuz”.
M.Əliyeva əlavə edib ki, Vətənimiz üçün layiqli oğullar tərbiyə etmiş analara ən xoş arzularını çatdırır:
“Vətən müharibəsi günlərində siz misli görünməmiş mətanət, fədakarlıq və möhkəm iradə nümayiş etdirdiniz. Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanların analarının qarşısında baş əyirəm.
Sizin hər birinizə möhkəm cansağlığı və ailə səadəti arzulayıram! Uca Tanrı sizi və sizin doğmalarınızı qorusun!”,-deyə M.Əliyeva əlavə edib.
View this post on Instagram
"Mehriban Əliyeva" teqi üzrə xəbərlər
- Mehriban Əliyeva minifutbol üzrə Azərbaycan millisini təbrik edib - FOTO
- Mehriban Əliyeva Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edib
- Qarabağlı nənənin Prezidentdən səmimi istəyi: "Şuşa qızıma salam apar"
- Mehriban Əliyeva Müstəqillik Günü münasibətilə paylaşım edib - FOTO
- Mehriban Əliyeva Qurban bayramı münasibətilə paylaşım edib - FOTO
Ən çox oxunanlarDigər xəbərlər