Milli Məclisin iclasında deputat Fəzail Ağamalı parlamentin xüsusi iclasının çağırılmasını təklif edib.
Oxu.Az-ın məlumatın görə, F.Ağamalı deyib ki, iclas bəzi dövlətlərin Azərbaycana qarşı qərəzli mövqeyi müzakirə edilməlidir.
“Bu gün Fransa ağını çıxarır. Başqa dövlətlərdən də bunu görürük”, - deyə F.Ağamalı əlavə edib.
Millət vəkili qeyd edib ki, bu kimi məsələlər parlamentin xüsusi iclasında müzakirə olunmalıdır.
O, Milli Məclisin qətnamə qəbul etməsinin vacibliyini də vurğulayıb.
Aqşin Kərimov