Fransanın şərqində yerləşən Bezanson şəhərində naməlum şəxslər zərgərlik fabrikinə silahlı basqın edərək 50 kiloqrama yaxın qızıl və zinət əşyaları oğurlayıblar.
Oxu.Az bu barədə "Franceinfo" radiostansiyasına istinadən xəbər verir.
Məlumata görə, beş silahlı şəxs səhər saatlarında fabrikə daxil olub. Onlar qızıl və müxtəlif zərgərlik məmulatlarını götürərək hadisə yerindən qaçıblar.
Daha sonra polis cinayətkarların qaçmaq üçün istifadə etdikləri avtomobili yanmış vəziyyətdə aşkarlayıb.
Hadisə ilə bağlı araşdırma aparılır.