Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
![Kosmik Agentlikdə yüksək vəzifəyə təyinat](https://images.oxu.az/2021/06/16/09/18/29/13dee830-b6f7-4678-b2f9-1d2a6c736227/azc_eypim:1200.jpg)
Kosmik Agentlikdə yüksək vəzifəyə təyinat
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Kosmik Agentliyin (“Azərkosmos”) İdarə Heyətinə sədr təyin edilib.
Oxu.Az-ın məlumatına əsasən, təyinatla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.
Sərəncama əsasən, Agentlikdə sözügedən vəzifəyə Saməddin Əsədov təyinat alıb.
Qeyd edək ki, S. Əsədov bundan əvvəl “Azərkosmos” ASC-nin Maliyyə departamentinin direktoru vəzifəsində çalışıb.
Nigar Məmmədova
"İlham Əliyev" teqi üzrə xəbərlər
Ən çox oxunanlar