21 
İyn
2021
13:48
371
8
3331
Virtual karabakh

Türkiyəli nazirdən Azərbaycanla birgə PUA istehsalı barədə AÇIQLAMA

21 İyn, 2021
13:48
3331

Türkiyəli nazirdən Azərbaycanla birgə PUA istehsalı barədə AÇIQLAMA

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Türkiyə və Azərbaycan Qarabağın işğaldan azad edilməsində böyük rezonans yaradan PUA-ların (pilotsuz uçuş aparatı) birgə istehsalı da daxil olmaqla müdafiə sahəsində yeni əməkdaşlıq layihələrini hədəfləyir”.

“Hürriyet”in məlumatına görə, bu barədə Antalya Diplomatiya Forumunda iştirak edən Türkiyənin Müdafiə Sənayesi İdarəsinin rəhbəri İsmayıl Dəmir danışıb.

“Bir halda ki, Azərbaycanla bağlı “bir millət, iki dövlət” deyirik, buna uyğun davranmalı olduğumuzu düşünürük.

Məsələn, PUA nümunəsindən gedək. Orada bir PUA fabriki yaratmaq nə dərəcədə effektli olar? Belə edək, yoxsa orada başqa istehsal modeli tətbiq edək? İki ölkənin bir-birini tamamlayacağı və gücləndirəcəyi bir əməkdaşlıq barədə düşünürük. Müdafiə sənayesi əhəmiyyətli dərəcədə resurs tələb edən bir sahədir. Resurslarımızı çox effektiv istifadə etməliyik. Bəzi şeyləri təkrar etmək əvəzinə, qoyduğumuz investisiyalar hər iki ölkəyə də faydalı olmalıdır”, - deyə İ.Dəmir bildirib.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri