Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Azərbaycan diasporunun nümayəndələri Ukraynaya humanitar yardım ediblər - FOTO
Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun (UABD) nümayəndələri Ukrayna ordusuna sifarişlə hazırlanmış 1000 ilkin tibbi yardım dəstini təhvil veriblər.
Diaspor rəhbəri, hüquq elmləri doktoru Hikmət Cavadov Oxu.Az-a bildirib ki, ilkin tibbi yardım dəstləri Ukraynanın Azərbaycandakı səfirliyinə təhvil verilib.
“Ukraynanın səfiri Volodimir Kanevski ilə görüşdə ilk tibbi yardım dəstləri ilə yanaşı, 1000 banka konservləşdirilmiş ət və digər zəruri əşyalar da verdik. Biz Ukraynamızı, evlərimizi qoruyuruq; kimi silahla, kimi sözlə, kimi də konkret əməli ilə. Yardımımız bununla bitmir. Biz təcavüzkar üzərində ümumi qələbəmizi birlikdə əldə edəcəyik. Yaşasın Ukrayna!” – deyə o bildirib.
Qeyd edək ki, Xocalı faciəsinin 30-cu ildönümü ilə əlaqədar, fevralın 23-də UABD idarə heyətinin üzvləri Kiyev “Qara meydan” improvizasiya teatrı ilə birlikdə “Böyüməyən uşaqlar” tamaşasını nümayiş etdirmək üçün Bakıya gəliblər. Bu, UABD-ın təşəbbüsü idi, lakin fevralın 24-də Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzü başladı, hava məkanı bağlandı və onlar Bakıda qalmağa məcbur oldular. Buna baxmayaraq, UABD idarə heyətinin üzvləri Ukraynaya informasiya və humanitar yardım göstərməkdə davam edirlər.
Onlar fevralın 26-da Ukrayna səfirliyi qarşısında Rusiya təcavüzünə qarşı aksiya təşkil ediblər. UABD fəalları Ukrayna ordusuna maliyyə yardımı edirlər. Məsələn, UABD-ın fəxri sədri Oktay Əfəndiyev 3 milyon qrivna (təxminən 174 000 manat) ianə edib.
"Ukrayna" teqi üzrə xəbərlər
- Rusiya Donetskin yaşayış məntəqəsini nəzarətə götürdü
- İki ölkədən Ukraynaya milyard dollarlıq zəmanət
- Zelenskidən Slovakiya baş nazirinə rüşvət təklifi ilə bağlı açıqlama: "Biz pul verməyə hazır idik"
- Rusiya ordusu Donbasda strateji yaşayış yerini nəzarətə götürüb
- Hər an ölümlə üz-üzə: Donbasda faciələrə məruz qalan azərbaycanlılar