Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Kriştianu Ronaldu ən böyük klubun sahibi olmaq istəyir
Portuqaliya millisinin və "Ən-Nəsr"in hücumçusu Kriştianu Ronaldu gələcək planlarını açıqlayıb.
Oxu.Az xəbər verir ki, ulduz futbolçu bu barədə bütün zamanların ən yaxşı bombardiri olaraq mükafat aldığı "Globe Soccer Awards" mərasimində danışıb:
"Mən heç vaxt məşqçi olmayacağam. Klub prezidenti? Yox! Bəlkə klub sahibi. Bu məqamdan, düzgün imkanlardan asılı olacaq.
Hələ çox gəncəm, planlarım, arzularım çoxdur. Amma sözlərimi qeyd edin: mən böyük klubun sahibi olacağam".
Qeyd edək ki, 39 yaşlı portuqaliyalı 2024-cü ildə Yaxın Şərqin ən yaxşı futbolçusu seçilib. O, ötən il də bu nominasiyanın qalibi olmuşdu.
"Kriştianu Ronaldu" teqi üzrə xəbərlər
- Ronaldu karyerasının 925-ci qolunu vurdu
- Dünyanın ən çox qazanan idmançıları bəlli oldu – Ronaldu yenə liderdir
- Finlandiyalı aşpaz Kriştianu Ronaldu və onun ailəsi ilə eyni evdə yaşayacaq
- Kriştianu Ronaldunun 76 milyon dollarlıq təyyarəsinin pəncərəsində çat yaranıb
- Ronaldu İrana getməkdən İMTİNA ETDİ