Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Xorvatiyanın baş naziri Əli Əsədova başsağlığı məktubu ünvanlayıb
Xorvatiyanın Baş naziri Andrey Plenkoviç azərbaycanlı həmkarı Əli Əsədova başsağlığı məktubu ünvanlayıb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Nazirlər Kabinetindən məlumat verilib.
Məktubda deyilir:
"Dekabrın 25-də Bakıdan Qroznıya uçan "Azərbaycan Hava Yolları"na məxsus təyyarənin sərnişinləri və ekipaj üzvlərinin ölümü ilə bağlı faciəvi xəbəri dərin hüznlə aldım. Xorvatiya Respublikası Hökuməti adından və şəxsən öz adımdan sizə, həlak olanların ailələrinə və bu faciədən zərər çəkmiş bütün insanlara dərin hüznlə başsağlığı verirəm. Biz həmçinin, xəsarət alanların tezliklə sağalmasını arzulayırıq".
Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Avialaynerin göyərtəsində olan 67 nəfərdən 42-si Azərbaycan, 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü isə Qırğızıstan vətəndaşı olub. Onlardan 38-i həlak olub, 29-u sağ qalıb.
"Xorvatiya" teqi üzrə xəbərlər
- Xorvatiyada yeniyetmə məktəbdə dəhşət yaşatdı: Ölən və yaralananlar var
- Növbəti Avropa ölkəsi öz səmasını qorumaq üçün Türkiyəyə üz tutdu: "Bayraktar TB2" PUA alacaq
- Luka Modriç və İvan Perişiç cütü rekorda imza atıb
- UEFA Millətlər Liqası: Xorvatiya Şotlandiyanı məğlub etdi
- UEFA Millətlər Liqası: Bu gün daha beş görüş keçiriləcək