Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
“Azərbaycan Qarabağdan qanunsuz erməni silahlı dəstələrinin çıxarılmasına siyasi-diplomatik yolla nail olur”
“Otuz il ərzində Ermənistanın işğal etdiyi torpaqlarımızı 44 günlük müharibədə müzəffər Ali Baş Komandanımız Prezident İlham Əliyevin düzgün siyasəti nəticəsində azad etdik. Düşmən diz çökərək, yalvararaq kapitulyasiya aktına imza atdı və üçtərəfli bəyanat imzalandı. Azərbaycan hələ də Qarabağın nəzarətimizdə olmayan hissələrindən qanunsuz erməni silahlı dəstələrinin çıxmasına siyasi-diplomatik yolla nail olur”.
Bu fikirləri “Report”a açıqlamasında Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin üzvü Cavid Osmanov deyib.
Onun sözlərinə görə, Azərbaycan buna mərhələli şəkildə uğurla nail olur:
“Çünki 2020-ci ilin 10 noyabrında imzalanmış üçtərəfli bəyanatın dördüncü bəndinə uyğun olaraq, bütün qanunsuz erməni silahlı birləşmələri tərksilah edilməli və ərazidən çıxarılmalıdır. Rusiya sülhməramlı kontingenti üçtərəfli bəyanatın bütün bəndlərinin, xüsusilə bu bəndin icrasını bu günə qədər təmin etməli idi.
Ermənistan tərəfi məhz dünya ictimaiyyətinin diqqətini yayındırmağa cəhd göstərir və üçtərəfli bəyanatın bəndlərini icra etməkdən boyun qaçırmaq üçün təxribat xarakterli müxtəlif açıqlamalar verir. Ermənistan bu məqsədlə qəsdən vəziyyəti gərginləşdirməyə çalışır.
Ermənistan Xarici İşlər Nazirliyinin Azərbaycanın suveren ərazilərinə aid məsələlər barədə müxtəlif açıqlamalar verməsi bunun əyani sübutudur. Hesab edirəm ki, Ermənistan xarici siyasət idarəsi bu praktikasına son qoymalı və ölkəsinin xarici siyasət məsələləri ilə məşğul olmalıdır. Çünki bu, Azərbaycanın ərazisinə müdaxilənin və ölkəmizə qarşı ərazi iddiasının növbəti təzahürüdür”.
Deputat vurğulayıb ki, həmin ərazilər Azərbaycanın əzəli və tarixi yerləridir: “Azərbaycana qarşı ərazi iddiaları əsassızdır, əks təqdirdə bu, Ermənistan tərəfi üçün ağır nəticələrə səbəb olacaq”.
"Ermənistan" teqi üzrə xəbərlər
- İrəvan Ermənistanın Rusiyaya olan borcunun bir hissəsinin silinməsini müzakirə edir
- İranlı nazir: "İrəvandakı Göy Məscidi bərpa etməyə hazırıq"
- Nikol Paşinyandan etiraf: "Mən böyük səhv etdim"
- Ermənistan Ukraynaya ordu göndərir?
- Ermənistan Yunanıstan və Kiprlə müdafiə sahəsində əməkdaşlıq proqramı imzalayıb