Okt
2022
12:48
50
254
1573
Virtual karabakh

Fransa səfiri Füzulidə mina partlayışında həlak olanlarla bağlı başsağlığı verib - FOTO

1 Okt, 2022
12:48
1573

Fransa səfiri Füzulidə mina partlayışında həlak olanlarla bağlı başsağlığı verib - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Fransanın Azərbaycandakı səfiri Zakari Qross Füzuli rayonunda mina partlayışı nəticəsində həyatını itirənlərlə bağlı kədərləndiyini bildirərək başsağlığı verib.

Bu barədə fransalı diplomat “Twitter” hesabında yazıb:

“Dünən Füzuli rayonunda mina partlayışı nəticəsində Əsədov Amid və Quluzadə Çərkəzin həlak olması xəbərindən kədərləndim”.

Xatırladaq ki, sentyabrın 30-u Füzuli rayonunun işğaldan azad edilmiş Yuxarı Dilağarda kəndi ərazisində minalardan təmizlənməmiş ərazidə mina partlayışı baş verib. Təhlükəli əraziyə qeyri-qanuni yolla daxil olma nəticəsində 1986-cı il təvəllüdlü Əsədov Amid Fətullah oğlu və 2007-ci il təvəllüdlü Quluzadə Çərkəz Bahadur oğlu həlak olub.

 

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri