Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Beynəlxalq konfransın iştirakçıları Ağdamda erməni vandalizminin izlərinə baxıblar - YENİLƏNİB + FOTO/VİDEO
Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə dünən başlayan “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransın iştirakçıları Ermənistanın 30 ilə yaxın işğalı zamanı tamamilə dağıdılmış Ağdam şəhərində daha bir neçə məkanı ziyarət ediblər.
“Report” xəbər verir ki, Türkiyə, Gürcüstan, Pakistan, ABŞ, Polşa, İtaliya və digər ölkələrdən olan ekspertlər əvvəlcə Şahbulaq qalasını ziyarət ediblər. Onlara qalanın tarixi haqqında məlumat verilib, onun Ermənistan işğalından əvvəlki fotoşəkilləri nümayiş etdirilib.
Onlar həmçinin erməni hərbçiləri tərəfindən artilleriya nişangahları üçün istifadə edilən və yalnız buna görə tam dağıdılmamış Cümə məscidinə də baxış keçiriblər. Qonaqlara məsciddə aparılan yenidənqurma və bərpa işləri barədə məlumat verilib.
Bundan başqa, ekspert və tədqiqatçılar Ağdamdakı Şəhidlər xiyabanını ziyarət edib, şəhidlərin xatirəsini ehtiramla yad ediblər.
İştirakçılar Ağdam Konfrans Mərkəzinə də baş çəkiblər. Mərkəzin üç aydan az vaxta, yəni 80 günə tikilməsi onlarda dərin təəssürat yaradıb.
Sonda xatirə fotosu çəkilib.
Photostock.az çəkdiyi fotoları təqdim edir:
Daha çox foto burada: Photostock.az
16:30
Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə dünən başlayan “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransın iştirakçıları Ermənistanın 30 ilə yaxın işğalı zamanı tamamilə dağıdılmış Ağdam şəhərinə səfər ediblər.
“Report” xəbər verir ki, Türkiyə, Gürcüstan, Pakistan, ABŞ, Polşa, İtaliya və digər ölkələrdən olan ekspertlər dağıdılmış ərazilərə baxış keçirib, şəhərin bərpası istiqamətində aparılan işlərin gedişi ilə tanış olublar.
Onlar Azərbaycan ərazilərində erməni işğalının, vandalizminin izlərini, o cümlədən Ağdam Dram Teatrının, SSRİ-də bu qəbildən yeganə muzey olan Ağdam Çörək Muzeyinin, Qarabağ xanı Pənahəli Xanın və onun ailə üzvlərinin bir zamanlar iqamətgahı və türbəsinin yerləşdiyi “İmarət” kompleksinin qalıqlarını gözləri ilə görüblər.
Səfər proqramına həmçinin Şahbulaq qalasına, Cümə məscidinə və yerlə-yeksan edilmiş Şəhidlər xiyabanına ziyarət də daxildir.
15:00
Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə dünən başlayan “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransın iştirakçıları Ermənistanın 30 ilə yaxın işğalı zamanı tamamilə dağıdılmış Ağdam şəhərinə səfər ediblər.
“Report” xəbər verir ki, Türkiyə, Gürcüstan, Pakistan, ABŞ, Polşa, İtaliya və digər ölkələrdən olan ekspertlər dağıdılmış ərazilərə baxış keçirib, şəhərin bərpası istiqamətində aparılan işlərin gedişi ilə tanış olublar.
Onlar Azərbaycan ərazilərində erməni işğalının, vandalizminin izlərini, o cümlədən Ağdam Dram Teatrının, SSRİ-də bu qəbildən yeganə muzey olan Ağdam Çörək Muzeyinin, Qarabağ xanı Pənahəli xanın və onun ailə üzvlərinin bir zamanlar iqamətgahı və türbəsinin yerləşdiyi “İmarət” kompleksinin qalıqlarını gözləri ilə görüblər.
Səfər proqramına həmçinin Şahbulaq qalasına, Cümə məscidinə və yerlə yeksan edilmiş Şəhidlər xiyabanına ziyarət də daxildir.
"Ağdam" teqi üzrə xəbərlər
- Ermənilərin xeyli silah-sursat topladığı ərazidən YENİ GÖRÜNTÜLƏR
- Ağdamda 94 yaşlı kişini avtomobil vurub
- "Qafqazın Hirosiması" adlandırılan Ağdam: Ermənilərin viran qoyduğu şəhər
- Ombudsmanların Beynəlxalq Bakı Forumu iştirakçılarının azad olunmuş ərazilərə səfəri başlayıb
- Ağdam şəhərinə ilk köç gələn ilin payızında planlaşdırılır