14 
Fev
2023
14:44
83
14
810
Virtual karabakh

Azərbaycan və Meksika arasında siyasi məsləhətləşmələrin üçüncü raundu keçiriləcək - FOTO

14 Fev, 2023
14:44
810

Azərbaycan və Meksika arasında siyasi məsləhətləşmələrin üçüncü raundu keçiriləcək - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Yaxın həftələrdə Azərbaycan və Meksika arasında siyasi məsləhətləşmələrin üçüncü raundu keçiriləcək ki, bu da dövlətlər arasında fəal dialoqun aparıldığının bariz nümunəsidir”.

“Report” xəbər verir ki, bunu Meksikanın Azərbaycandakı səfiri xanım Viktoriya Romero iki ölkənin beyin mərkəzləri arasında əməkdaşlığa həsr olunmuş tədbirdə deyib.

Diplomat ötən il dövlətlər arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd olunduğunu, gələn il isə Meksikanın Azərbaycanda səfirliyinin açılmasının 10 ilinin tamam olacağını xatırladıb.

Romeronun sözlərinə görə, ölkəsi siyasi dialoqdan tutmuş, qarşılıqlı investisiyalara qədər regionda daha çox iştirakda maraqlı olduğu üçün Bakıda diplomatik nümayəndəlik açmaq qərarına gəlib.

Daha çox burada: PhotoStock.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri