17 
May
2023
18:32
185
15
2110
Virtual karabakh

Kudo yarışında Azərbaycana ilk dünya çempionluğunu qazandıran idmançılar mükafatlandırıldılar - FOTO/VİDEO

17 May, 2023
18:32
2110

Kudo yarışında Azərbaycana ilk dünya çempionluğunu qazandıran idmançılar mükafatlandırıldılar - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Karatenin kudo növü üzrə Yaponiyanın paytaxtı Tokioda keçirilən dünya çempionatında qızıl medal qazanan Azərbaycan idmançıları Sevinc Mövsümzadə və Vüsal Əliyevin mükafatlandırma mərasimi keçirilib.

Oxu.Az xəbər verir ki, tədbirdə Azərbaycan Koşiki-do Karate Federasiyasının fəxri prezidenti Adnan Əhmədzadə, federasiyanın prezidenti Rafael Bünyatov, birinci vitse-prezident Yuri Mustafayev, həmçinin, vitse-prezidentlər Ənvər Həzərxanov, Vəli Bünyatov, baş məşqçi Nazim Mövsümzadə, federasiya rəsmiləri və məşqçilər iştirak ediblər.

Kudo yarışında Azərbaycana ilk dünya çempionluğunu qazandıran idmançılara Federasiya rəhbərliyi tərəfindən kuboklar təqdim edilib. Karateçiləri təbrik edən fəxri prezident onlara gələcək yarışlarda uğurlar arzulayıb.

Daha sonra çıxış edən rəsmilər bunun böyük uğur olduğunu bildiriblər.

Ənvər Həzərxanov həmişə idmana və idmançılara böyük diqqət ilə yanaşan Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığını bildirib. 

O mötəbər yarışlarda iştirak üçün gənclər və idman naziri Fərid Qayıbova və Azərbaycan Karate Federasiyaları Assosiasiyasının prezidenti Ülvi Quliyevə federasiya rəhbərliyi adından təşəkkür edib.

Sonda xatirə şəkli çəkilib.

Qeyd edək ki, dünya çempionatında Azərbaycan dörd karateçi ilə təmsil olunub. Böyüklərdə Rəşad Quliyev, Vüsal Əliyev, 16-19 yaş qrupunda Sevinc Mövsümzadə, 16 yaşadək oğlanların yarışında isə Buğday Rəhimli mübarizə aparıblar.

Daha çox şəkil burada: PhotoStock.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri