14 
İyl
2023
18:18
476
146
22534
Virtual karabakh

Deputat Madər Musayev dəfn edildi - YENİLƏNİB + FOTO/VİDEO

14 İyl, 2023
18:18
22534

Deputat Madər Musayev dəfn edildi - YENİLƏNİB + FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün vəfat etmiş deputat Madər Musayev dəfn edilib.

“Report” xəbər verir ki, mərhum Bakının Binəqədi rayonunda kənd qəbiristanlığında torpağa tapşırılıb.

17:19

Bu gün 75 yaşında vəfat edən deputat Madər Musayevlə vida mərasimi başa çatıb. 

Oxu.Az xəbər verir ki, vida mərasimində mərhumun yaxınları, ailə üzvləri, dövlət və hökumət nümayəndələri iştirak ediblər. 

M.Musayevin cənazəsi dəfn olunmaq üçün Binəqədi kənd qəbiristanlığına aparılıb.

15:19

Bu gün 75 yaşında vəfat edən deputat Madər Musayevlə vida mərasimi keçirilir. 

Oxu.Az xəbər verir ki, vida mərasimindən sonra mərhum Binəqədi kənd qəbiristanlığında torpağa tapşırılacaq.

14:57

Bu gün 75 yaşında vəfat edən deputat Madər Musayev dəfn yeri məlum olub. 

Yaxınlarının “Qaynarinfo”ya verdiyi məlumata görə, mərhum bu gün saat 15:00-da öz vəsiyyətinə uyğun olaraq Binəqədi kənd qəbiristanlığında dəfn olunacaq.

14:37

Milli Məclisin deputatı Madər Musayev vəfat edib.

Baku TV-nin əldə etdiyi məlumata görə, bir müddət əvvəl deputat yıxılıb və ciddi sınıq xəsarətləri ilə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. 

Amma müalicələr effekt vermədiyindən onda ağciyər və böyrək çatışmazlığı yaranıb, nəticədə deputat bu gün dünyasını dəyişib.

13:22

Deputat Madər Musayev vəfat edib.

Bu barədə Oxu.Az-a onun köməkçisi məlumat verib. O qeyd edib ki, deputat xəstəlik səbəbindən bir neçə saat öncə dünyasını dəyişib.

Xatırladaq ki, bir neçə gün öncə Madər Musayevin ayağından xəsarət aldığı üçün xəstəxanaya yerləşdirildiyi və əməliyyat olunduğu haqqında məlumatlar yayılmışdı. 

Madər Musayev 1947-ci il noyabrın 26-da Bakı şəhərində anadan olub. Moskva Kooperativ İnstitutu Bakı filialının Sənaye əmtəəşünaslığı və ticarətin təşkili fakültəsini bitirib. “Şöhrət” və “Şərəf” ordenləri ilə təltif edilib.

1964-cü ildən Bakı şəhərində ticarət idarəsində satıcı şagirdi, kiçik satıcı, baş satıcı, 1971-ci ildən mağaza müdiri, 1976-cı ildən universamda baş satıcı, direktor işləyib. 1986-1995-ci illərdə “Bahar” ticarət mərkəzinin müdiri vəzifəsində çalışıb. Altıncı çağırış Milli Məclisin bitərəf deputatlarından idi.

On ikinci çağırış Azərbaycan Respublikası Ali Sovetinin, birinci, ikinci, üçüncü, dördüncü, beşinci və altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin, İntizam komissiyasının üzvü idi. Gürcüstan, İran, Pakistan, Rusiya, Səudiyyə Ərəbistanı, Tacikistan, Türkiyə parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvü olub.

Deputat evli idi, 3 övladı var.

Aysel Aslan 

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri