Azərbaycan Respublikasının Qarabağ bölgəsində sosial, humanitar, iqtisadi və infrastruktur məsələlərinin həlli və orada yaşayan erməni sakinlərinin ehtiyaclarının təmin olunması üçün təxirəsalınmaz tədbirlər davam etdirilir.
Bu barədə Azərbaycan Respublikası Prezidentinin Administrasiyası məlumat yayıb.
2023-cü il sentyabrın 26-da bağçaların, təcili tibbi yardım və yanğın-söndürmə xidmətlərinin yanacaq-sürtkü materialları ilə təmin edilməsi məqsədilə Ağdam-Əsgəran-Xankəndi yolu vasitəsilə 38 ton benzin, 16 ton dizellə dolu növbəti 2 avtomobil yola salınıb.
16:34
Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) məxsus yanacaqla dolu daha iki nəqliyyat vasitəsilə Qarabağda yaşayan erməniəsilli sakinlər üçün yanacaq göndərilib.
“Report”un Qarabağ bürosunun verdiyi xəbərə görə, 26 sentyabrda hər biri dizel və benzin yüklü avtomobillər Xankəndiyə yola salınıb.
Yük avtomobilləri 30 illik fasilədən sonra yeni açılan Ağdam-Əsgəran-Xankəndi yolu ilə yola salınıb.
13:52
Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) məxsus 2 nəqliyyat vasitəsi ilə Qarabağın erməniəsilli sakinləri üçün yanacaq göndərilib.
“Report”un Qarabağ bürosu xəbər verir ki, yük avtomobilləri Ağdam-Əsgəran-Xankəndi yolu ilə yola salınıb.
Yük avtomobillərində 30 ton “Aİ-92” markalı benzin, 34 ton dizel yanacağı aparılıb.
Qeyd edək ki, yanacaq 2023-cü il sentyabrın 21-də Yevlax şəhərində keçirilmiş görüşdə Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin nümayəndələrinin, ilk növbədə, bağçaların, təcili tibbi yardım və yanğınsöndürmə xidmətlərinin yanacaq-sürtkü materialları ilə təmin edilməsinə dair xahişinə uyğun olaraq yola salınıb.
Qarabağın erməni sakinləri üçün 38 ton benzin yola salınıb - YENİLƏNİB + FOTO/VİDEO