Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
“Neokolonializm və ədalətsizlik: iki dünyəvi təhlükəli tendensiya” mövzusunda tədbir keçirilib - FOTO
Oktyabrın 21-də Azərbaycan Dillər Universitetində (ADU) Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə “Neokolonializm və ədalətsizlik: iki dünyəvi təhlükəli tendensiya” mövzusunda tədbir keçirilib.
Oxu.Az xəbər verir ki, görüşdə Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov, universitetin professor-müəllim heyəti, fransız dili üzrə təhsil alan tələbələr, Qvadelupanın Azadlıq uğrunda Xalq Birliyinin üzvü Jan Jakob Bisep, Martinikanın Azadlıq Partiyasının nümayəndəsi Lyuk Frensis Kerol, Fransız Qvianasının Sosial Azadlığı və Dekolonizasiya naminə Hərəkatın siyasi bürosunun üzvü Mauris Pindard, Fransız Polineziyası Assambleyasının üzvü Heynui Robert le Kai və başqaları iştirak ediblər.
Toplantıda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Fransanın müstəmləkəçilik siyasəti ilə bağlı çıxışına dair videoçarx təqdim olunub.
ADU-nun Fransız dilinin leksikologiyası kafedrasının müdiri, professor Gülnarə Sadıqova, Fransız dilinin fonetikası və qrammatikası kafedrasının müdiri, professor Ülfət İbrahim və fransız dili müəllimi Anar Hacıyev tədbirin aktuallığı və əhəmiyyətindən danışıblar. Qeyd olunub ki, ölkəmizdə multikulturalizm artıq alternativi olmayan həyat tərzinə çevrilib. Müasir dövrdə Azərbaycanda həyata keçirilən multikulturalizm siyasəti dövlətin tolerantlıq prinsiplərinə sadiq qalmasının bariz nümunəsidir.
XXI əsr insan hüquqlarının qorunması əsridir. Dünya xalqları sülh və əmin-amanlıq şəraitində yaşamaq istəyir. Bu tendensiyanı gələcək nəsillərə ötürmək prioritet istiqamətlərdən biridir. İnsan hüquq və azadlıqlarının qorunması, dünya ölkələrində multikultural dəyərlərin daha da geniş yayılması istiqamətində Azərbaycanın fəaliyyəti danılmazdır.
Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov rəhbərlik etdiyi qurumun fəaliyyətinə və kolonializmlə mübarizəyə dair fikirlərini bölüşüb.
Çıxış edən qonaqlar bəzi Avropa ölkələrinin müstəmləkəçilik siyasətinin ağır fəsadlara yol açdığını qeyd ediblər. Onlar bildiriblər ki, ana dillərinin istifadəsi məhdudlaşdırılır, bunun yerinə fransız dili hökmranlıq edir.
Qvadelupa əhalisinin dörd əsrdir Fransanın əsarəti altında yaşadığını vurğulayan Jan Jakob Bisep deyib ki, Qvadelupanın təbii sərvətləri illərdir Fransa tərəfindən mənimsənilir:
“Onlar öz kitablarında bizim dilimizi, tariximizi, mədəniyyətimizi təhrif edir, gənclərimizə Fransa tarixini və dilini öyrədirlər”.
Martinikanın Azadlıq Partiyasının nümayəndəsi Lyuk Frensis Kerol, Fransız Qvianasının Sosial Azadlığı və Dekolonizasiya naminə Hərəkatın siyasi bürosunun üzvü Mauris Pindard Fransanın müstəmləkəçilik siyasəti nəticəsində maliyyə və iqtisadi cəhətdən asılı vəziyyətə salındıqlarını diqqətə çatdırıblar.
Tədbirdə qeyd olunub ki, həmçinin təhsil və mədəniyyət sahələrində də dominantlıq var. Dərslər Fransa dərslikləri vasitəsilə keçirilir. Qonaqlar Fransanın müstəmləkəçilik siyasətini və dil sahəsindəki zorakılıqlarını pisləyib, dövrü nəşrlərin ana dilində dərc olunmasının zəruriliyini diqqətə çatdırıblar.
Daha sonra görüş interaktiv formada - tələbə, müəllim və jurnalistlərin sual-cavabı ilə davam edib.
Qeyd edək ki, oktyabrın 20-də Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə Bakıda “Neokolonializm: İnsan Hüquqlarının Pozulması və Ədalətsizlik” mövzusunda beynəlxalq konfrans keçirilib.
Daha çox foto burada: PhotoStock.az
Aysel Aslan
"Fransa" teqi üzrə xəbərlər
- Fransada yeni baş nazir ən aşağı reytinqlə işə başladı
- Türkiyəli iş adamı Fransada futbol klubu aldı
- Fransada rüsvayçılıq - Uşaqların Yeni il hədiyyələrinə göz dikilib
- Çad hakimiyyəti Fransadan qoşunları 31 yanvaradək çıxarmağı tələb edib
- Fransada qalmaqallı məhkəmə başa çatdı: 10 il ərzində qadına təcavüz edən 51 kişiyə hökm oxundu