H2O kimyəvi təmizləmə və camaşırxana mərkəzi 31 yanvar tarixinə qədər bütün xidmətlərə 35% endirim elan edib.
Oxu.Az-ın xəbərinə görə, Dünya Azərbaycanlılarının həmrəyliyi günü və Yeni İl münasibəti ilə endirimlər bütün müştərilərə şamil edilir.
H2O kimyəvi təmizləmə və camaşırxana xidməti bütün müştərilərə evdən evə çatdırılma, geyimlərin, xalçaların və məişət əşyalarının dünyanın qabaqcıl istehsalçılarının müasir texnologiyaları ilə ən tez və effektli yolla təmizlənməsi, həmçinin internet saytı üzərindən sifariş imkanları kimi VİP-xidmətləri əlverişli qiymətlərlə təklif edir.
Bayramlarla əlaqədar yanvar ayının sonuna kimi, camaşırxana xidmətinin qiyməti 1 kq üçün 1,95 manat təşkil edəcək ki, bu həm yataq dəstlərinin və dəsmalların təmizlənməsinə, həm də müştərilərin qənaət etməsinə imkan verəcək.

Şirkət müxtəlif materiallarla işləmək təcrübəsinə malikdir və təbii parça ilə sintetikanı ayırır. Şirkət əməkdaşları bilik və bacarıqlarının müasir avadanlıqların və peşəkar Avropa brendlərinin hipoallergenik vasitələri ilə vəhdəti sayəsində yüksək keyfiyyətə və əşyaların emaldan sonra əla vəziyyətdə olmasına zəmanət verirlər.
Şirkətin sahibi Elşad Əliyev saytımıza müsahibəsində qarşıda gözlənilən yeniliklər və H2O-nun bazardakı digər şirkətlərdən üstünlüyü barədə danışıb:
“Biz, müştərilərimizin rahatlığı üçün yeni sayt yaratdıq. Bu sayt vasitəsilə onlar evlərini tərk etmədən istənilən xidməti sifariş edə bilərlər. Bir çox camaşırxanam və kimyəvi təmizləmə yerlərinin saytları yoxdur, lakin biz internet məkanında brendimizin irəliləməsinə böyük diqqət göstəririk. Həmçinin, qeyd etmək istəyirəm ki, biz hazırda proqram hazırlayırıq və onun vasitəsilə müştərilərimiz bir kliklə çatdırılmanı sifariş edə və ödəməni həyata keçirə bilərlər.

Bizə çoxlu məşhur insanlar müraciət edir, həmçinin çalışdığımız korporativ müştərilərimiz də var. Əsas məqsədimiz – insanları, xüsusilə qadınları ağır əziyyətdən azad etməkdir. Bizim şəxsi köməkçimiz sizin evinizə gələrək əşyaları götürəcək və onları təmiz və ütülənmiş şəkildə sizə uyğun zamanda geri qaytaracaq. Adətən evlərdə yuyulan yataq dəstlərinin çəkisi iki kiloqrama yaxın olur. Yeni qiymətlərlə iki kiloqramlıq yataq dəstinin yuyulması və kimyəvi təmizlənməsi 3,9 manat təşkil edəcək. Düşünürəm ki, bu qiymət müştərilərin camaşırlarını bizə etibar etməsinə imkan verir.
Həmçinin qeyd etmək istəyirik ki, bizə etibar olunan hər bir şey avtomatik olaraq sığortalanır. Bu yaxınlarda mənim bir tanışım geyimini şəhərdəki kimyəvi təmizləmə xidmətlərindən birinə verib və onlar geyimi korlayıblar. Geyimin qiyməti 600-700 manat təşkil edirmiş. Baxmayaraq ki, hadisədən üç ay keçib, həmin şirkət mənim tanışıma pulun geri qaytarılacağı haqda vədlər verir. Biz isə müştərilərimizin etibar etdiyi hər şeyə zəmanət veririk. Əgər biz qarderobun hansısa bir elementini almaqdan imtina ediriksə və digər kimyəvi təmizləmə yeri onu qəbul edirsə biz xidmətin haqqını müştəriyə ödəyirik.

Altı illik fəaliyyətimiz ərzində yalnız bir dəfə müştərinin malını korlamışıq. Həmin vaxt bütün şəhərdə işıqlar sönmüşdü və geyim maşının içərisində qalaraq ağarmışdı. Növbəti gün biz müştəri ilə birlikdə mağazaya gedərək 1500 manata həmin geyimin yenisi aldıq. Bizə təhvil verilən hər bir şeyə zəmanət veririk”, - Oxu.Az-a müsahibəsində şirkətin sahibi E.Əliyev deyib.
H2O məişət xidmətləri bazarında 2012-ci ildən uğurla fəaliyyət göstərir. Bütün bu illər ərzində şirkət fasiləsiz və istirahət günləri olmadan təmizləmə və qarderob əşyalarının və yataq dəstlərinin çatdırılması xidmətini göstərir.
Oxu.Az yeniləndi!