Ölkənin ilk rəqəmsal bankı "Birbank" yeni taksit kartı əldə edəcək müştərilər üçün sərfəli kampaniyaya start verib. Belə ki, iyulun 31-dək davam edəcək "İlk taksitə 50 bonus" kampaniyası çərçivəsində ilk taksit əməliyyatı 500 manat və ya daha yüksək məbləğdə olan müştərilərə 50 bonus hədiyyə edilir. Bu imkandan kampaniya müddətində aktiv "Birbank" taksit kartı olmayan və həmin dövrdə taksit kartı rəsmiləşdirən müştərilər yararlana bilərlər.
"Birbank" taksit kartı kampaniya üstünlüyü ilə yanaşı, gündəlik alış-verişdə təqdim etdiyi imkanlarla da seçilir. Kart sahibləri 24 ayadək taksit imkanından yararlana, minlərlə tərəfdaş mağazada alış-veriş edə, limitsiz bonus qazana bilərlər. Bundan əlavə, kart pulsuz sifariş və çatdırılma, 63 günədək güzəşt müddəti, eləcə də QR-ödənişləri zamanı ikiqat ƏDV geri almaq imkanı təqdim edir.
Kampaniya çərçivəsində qazanılan bonuslar "Bir ekosistem"in vahid loyallıq proqramı olan "Bir Bonus" çərçivəsində istifadə oluna bilər. "Bir Bonus" proqramı "Birbank", "m10", "Birmarket" və digər ekosistem brendləri ilə yanaşı minlərlə tərəfdaşda bonus qazanmaq və onları rahatlıqla xərcləmək imkanı yaradır. Bir ekosistem müştəriləri proqrama avtomatik qoşulur və bonuslarını "BakıKart" biletindən "Trendyol" sifarişlərinə, mobil balansın artırılmasından "Birmarket" alış-verişinədək müxtəlif istiqamətlərdə istifadə edə bilirlər.
Kampaniya haqqında ətraflı məlumat: https://www.b-b.az/tkblk
Daim ən son rəqəmsal yeniliklər və bank məhsulları təqdim edən "Kapital Bank"ın əmtəə nişanı olan "Birbank", 3 milyondan çox aktiv istifadəçisi olan mobil tətbiqi, 114 filial və 52 şöbədən ibarət Azərbaycanda ən böyük filial şəbəkəsi ilə müştərilərinin xidmətindədir. "Birbank"ın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün birbank.az saytına, "196" əlaqə mərkəzinə və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.