Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) sürücülərə piyada keçidlərinə yaxınlaşarkən yol hərəkəti qaydalarına əməl etmələri ilə bağlı müraciət edib.
Oxu.Az xəbər verir ki, bu barədə NİİM məlumat yayıb.
Bildirilib ki, piyada keçidlərinə yaxınlaşan zaman sürücülər ilk növbədə yol nişanlarına diqqət yetirməli, piyadalar keçidə yaxınlaşdıqda sürət həddini azaltmalıdırlar.
Eyni zamanda, sürücülərə sərt əyləcdən istifadə etməmək, nəqliyyat vasitələri arasında təhlükəsiz ara məsafəsini qorumaq, zərurət yarandıqda dayanaraq piyadalara yol vermək tövsiyə olunub.
Mərkəz vurğulayıb ki, bu qaydalara hər bir sürücünün əməl etməsi vacibdir. Əks təqdirdə, piyada vurulması ilə nəticələnən qəzalar qaçılmaz ola bilər.