20 
İyn
2022
17:54
109
19
2429
Virtual karabakh

“Araz-Naxçıvan” FK-nın yeni baş məşqçisi və futbol akademiyasının direktoru təqdim olunub - FOTO

20 İyn, 2022
17:54
2429

“Araz-Naxçıvan” FK-nın yeni baş məşqçisi və futbol akademiyasının direktoru təqdim olunub - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Naxçıvan Palace” hotelində “Araz-Naxçıvan” Peşəkar Futbol Klubunun yeni baş məşqçisi Azər Bağırov və klubun futbol akademiyasının direktoru Adil Şükürov rəsmi təqdim olunub.

“Cahan” Holdinq Kommersiya Şirkətlər İttifaqı, Naxçıvan Futbol Federasiyasının sədri Vüqar Abbasovun adından qonaqları salamlayan federasiyanın sədr müavini Sakit Rzayev bildirib ki, bu gün muxtar respublikamızda digər idman növləri kimi futbol da dövlət qayğısı ilə əhatə olunub. Cari ilin yanvar ayında federasiyada struktur dəyişikliyindən sonra futbol sahəsində canlanma müşahidə olunur, şəhər və rayonlarda bu növün kütləviliyini təmin etmək üçün müəyyən addımlar atılır, eyni zamanda, muxtar respublikamızda ilk dəfə olaraq “Araz-Naxçıvan”ın yubiley tədbiri və “Bir uşaq, bir top” festivalı təşkil edilib.

Federasiya sədri Vüqar Abbasovun rəhbərliyi altında “Araz-Naxçıvan” Peşəkar Futbol Klubu yenidən formalaşdırılıb, idarə heyətinin üzvləri müəyyənləşib, Naxçıvan Muxtar Respublika Stadionu təmir edilib, ot örtüyünün yenilənməsi üçün işlər aparılıb. Həmçinin, bu sahənin inkişafı ilə əlaqədar federasiya balansındakı stadionların təmirinə başlayıb, onları müasir avadanlıqlarla təmin edib.

Sonra “Araz-Naxçıvan”ın 55 illik yubileyində göstərdiyi köməkliyə görə bəzi dövlət qurumları xüsusi plaketlərlə təltif olunub. Mükafatları klubun idarə heyətinin üzvləri Hümbət Qəhrəmanov və Tural Hüseynəliyev təqdim ediblər.

Son dönəmlər Naxçıvan Futbol Federasiyasının sədri Vüqar Abbasovun Naxçıvanda futbolun inkişafına göstərdiyi qayğı və dəstək də xüsusilə vurğulanıb. Bu strategiya ilə tezliklə “Araz-Naxçıvan” Futbol Klubu həm Azərbaycana, həm də dünyaya tanıdılacaq. 

Daha sonra çıxış edən Naxçıvan Futbol Federasiyasının sədr müavini Sakit Rzayev məşqçiləri qonaqlara təqdim edib, onlar barədə ətraflı məlumat verib.

Qarşıdakı mövsümdə Azərbaycan Birinci Divizionunda mübarizə aparacaq “Araz-Naxçıvan” klubu yeni baş məşqçi Azər Bağırovla üç illik müqavilə imzalayıb. Təqdimat zamanı hər kəsə təşəkkürünü bildirən Azər Bağırov növbəti mövsümdə Naxçıvan təmsilçisinin əsas məqsədinin çempionluq olduğunu vurğulayıb. “Araz-Naxçıvan”nın yeni baş məşqçisi qeyd edib ki, klubun qarşısında duran əsas vəzifələrdən biri də Naxçıvanda istedadlı gənc futbolçuları yetişdirmək, onları Azərbaycan futboluna bəxş etməkdir:

“Region Liqasında bunun bir daha şahidi olduq. Komandanın heyətində gənc və istedadlı futbolçular var. Onları lazımı qaydada hazırlamaq və oyun təcrübələrini artırmaq üçün klub tərəfindən uzunmüddətli plan hazırlanıb. Bu plan-proqramla tanış olduqdan sonra Naxçıvan təmsilçisi ilə razılaşdıq. Naxçıvan Futbol Federasiyasının və “Araz-Naxçıvan”nın qarşısına qoyduğu məqsəd böyükdür və bu pilləli şəkildə həyata keçiriləcək”.  

“Araz-Naxçıvan” futbol akademiyasının yeni direktoru Adil Şükürovla klub arasında da üç illik müqavilə imzalanıb. Təqdimat mərasimində çıxış edən yeni direktor bildirib ki, bu, çətin olduğu qədər, həm də məsuliyyətli işdir. Naxçıvan futbol ictimaiyyətinin, federasiyanın, eləcə də klubun dəstəyi ilə muxtar respublikada yeni uğurlara imza atacağıq. Məqsəd burada istedadlı uşaqları üzə çıxarmaq, onları futbolumuza qazandırmaqdır.

Qeyd edək ki, hər iki məşqçi PRO kateqoriyalı məşqçidir.

Tədbirin sonunda federasiyanın və klubun İdarə Heyətinin üzvləri fikirlərini bildirib, yeni məşqçilərə uğurlar arzulayıblar.

Tədbirin sonunda Azər Bağırov və Adil Şükürovun məşqçilərlə görüşü keçirilib, fikir mübadiləsi aparılıb.

Bizimlə əlaqə saxlayın

Digər Reklam xəbərləri