Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Azərbaycanda internetin sürəti 50 faiz artıb
Ölkəmizdə internet infrastrukturunun yenilənməsinə qoyulan sərmayələr nəticəsində sabit genişzolaqlı internetin orta sürəti ötən illə müqayisədə 50 faiz artıb.
Artım nəticəsində internetin orta sürəti bu ilin yanvar ayında 26,3 Mbps təşkil edib. Belə ki, ötən ilin eyni dövründə sürət 17,5 Mbps olub. Hesablamalar “Ookla” şirkətinin dünyada geniş istifadə edilən “Speedtest Global İndex” metodologiyasına əsasən aparılıb.
Qeyd edək ki, 2024-cü ilin sonuna qədər ölkəmizdə bütün yaşayış məntəqələrində yüksəksürətli internetə çıxışın təmin edilməsi istiqamətində işlər davam etdirilir.
Ən çox oxunanlar
Rəylər